Geri

29 aprel 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:20-də başa çatmışdır;

Goranboy rayonu, Safıkürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan birmərtəbəli kafenin tavanının yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 aprel 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 18:30-da başa çatmışdır.

Geri

29 aprel 2016-cı il saat 11:30-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 625 kv.m olan ikimərtəbəli şadlıq evinin tavanı 1 kv.m sahədə yanmışdır. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Bədişqala kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 aprel 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Qobustan rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 35 kv.m və dama yığılmış 1 ton ot bağlaması yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan iki mərtəbəli evin aynabəndi 24 kv.m, mərtəbələr arasındakı taxta konstruksiyadan ibarət pilləkən qəfəsi və evə bitişik, ümumi sahəsi 9 kv.m yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.