Geri

29 fevral 2016-cı il saat 19:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:25-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:35-də başa çatmışdır.

Geri

29 fevral 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonu, Arıqıran kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Veri kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m (hər mərtəbəsi 160 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 160 kv.m, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 35 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 fevral 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən:

Qaradağ rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan çayxananın tavanı 30 kv.m sahədə və 2 ədəd soyuducu yanmışdır. Çayxananın qalan hissəsi yanğından mühafizə olmuşdur. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.