Geri

28 fevral 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2016-cı il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:34-də başa çatmışdır. 

Geri

28 fevral 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yanğınla nəticələnən yol-nəqliiyat hadisəsi baş vermişdir. Yanğın nəticəsində avtomobilin qabaq və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:30-da başa çatmışdır.

Geri

28 fevral 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:23-də başa çatmışdır.