Geri

31 dekabr 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:35-də başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:35-də başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 12:51-də başa çatmışdır;

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yeməkxanaya bitişik ümümi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Çərtəyəz kəndində vətəndaşa məxsus 15 ton ot bağlamasının 12 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 8 m2 sahədə yanmışdır Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Lənkəran rayonu, Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın tavanı 10 m2 sahədə və 1 ədəd "NORD" markalı soyuducu yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:26-da başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 04:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:46-da başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Carlı kəndində vətəndaşa məxsus 11 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanmışdır. Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.