Geri

31 dekabr 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:26-da başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 04:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:46-da başa çatmışdır.

Geri

31 dekabr 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Carlı kəndində vətəndaşa məxsus 11 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanmışdır. Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.