Geri

31 dekabr 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Carlı kəndində vətəndaşa məxsus 11 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanmışdır. Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.