Geri

30 noyabr 2016-cı il saat 09:40-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Alanqalan kəndində vətəndaşa məxsus pambıq sahəsində yığılmış 200 kq pambıq tayasının 100 kq-ı yanmışdır. Pambıq tayasının qalan hissəsi və sahə yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində "Azərişıq" ASC-yə məxsus, gücü 400 kVt olan transformatorun yağ çənindən ətrafa sızan yağ 1 m2 və çıxış kabelləri 2 p.m. yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanmış və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin eyvanın tavanı 6 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 125 m² olan ərzaq maqazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.