Geri

30 noyabr 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin eyvanın tavanı 6 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 125 m² olan ərzaq maqazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.