Geri

29 noyabr 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 25 m² sahədə yanmışdır. Talvarın qalan hissəsi və talvara bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 80 m² sahədə və ev əşyaları qısmən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2016-cı il saat 20:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Qaraqaşlı kəndi vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları 3 m² sahədə və altına yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan tövlənin çardağının yanar konstruksiyaları 10 m² sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:20-də başa çatmışdır. 

Geri

29 noyabr 2016-cı il saat 18:45-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 0.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonunda vətəndaşa məxsus açıq sahəyə yığılmış 16 ton ot bağlamasının 8 tonu yanımışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 17:58-də başa çatmışdır.

Geri

29 noyabr 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 564 m² olan marketin anbarında 1 m² sahədə taxta arakəsmə və 1 m² sahəyə yığılmış mallar yanmışdır. Marketin və anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilmişdir. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2016-cı il saat 03:45-dək, ilkin məlumata əsasən:

Ağdam rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi çəkisi 24 ton olan ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Masallı rayonu, Təklə kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 18 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.