Geri

31 oktyabr 2016-cı il saat 21:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1939-cu il təvəllüdlü Kilisova Aqasiya İlariovnnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:06-da başa çatmışdır.

Geri

31 oktyabr 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:50-də başa çatmışdır.

Geri

31 oktyabr 2016-cı il saat 15:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:29-da yanğın söndürənlər tərəfindən söndürülüb.

Geri

31 oktyabr 2016-cı il saat 14:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:16-da başa çatmışdır.​

Geri

31 oktyabr 2008-ci il, saat 14:25-dək

Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanmışdır. Yanğın zamanı poliklinikanın 1-ci mərtbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunmuşdur. Poliklinika binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2016-cı il saat 10:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 azyaşlının liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və azyaşlını çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:01-də başa çatmışdır.

Geri

31 oktyabr 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın cəsədini aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 00:40-da başa çatmışdır.
Geri

31 oktyabr 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, İstisu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Qarakazımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan talvarın yanar konstruksiyaları 4 m2sahədə və 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:05-də başa çatmışdır.