Geri

30 oktyabr 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 18:52-də başa çatmışdır.

Geri

30 oktyabr 2016-cı il saat 17:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilmişdir. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilmiş, digər növ şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 14:35-də başa çatmışdır;

Bərdə rayonu, Gərənə kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisinin lambirdən ibarət tavanı 36 m2 sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisinin taxtadan ibarət tavanı 10 m2 sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 14:13-də başa çatmışdır.

Geri

30 oktyabr 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Ağsu rayonu, Çiyni kəndində məscidin ərazisində ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanmışdır. Mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2016-cı il saat 01:40-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 200 m2 olan qarajın içərisində vətəndaşa məxsus "Qazel" markalı, yük avtomobilinin yanar hissələri, 8 ədəd kəpək çənləri (hər biri 100 kq olmaqla) və 10 m2 sahədə taxta tullantıları yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır.​