Geri

31 yanvar 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan mətbəxin tavanı 12 kv.m sahədə qarsalanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Susayqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyü 6 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə və talvarın altına yığılmış 600 kq ot bağlamasının 200 kq yanmışdır. Tövlənin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.