Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m və bir otağı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda "Amay” ticarət mərkəzinin dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanmışdır. Qalan hissələr yanğından mühafizə olunmuşdur Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində fərdi yaşayış evində 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açmış və G.Pənahovanın cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:01-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideyinlərinə təhvil vermişlər. Əməliyyat saat 16:30-da başa çatmışdır.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 5 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:45-də başa çatmışdır.
Şabran şəhərində vətəndaşa məxsus "HYUNDAI" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli "Manqalüstü" restoranının dam örtüyündə tüstü borusunun üzərinə çəkilmiş izolyasiya 4 kv.m sahədə yanmışdır. Restoranın dam örtüyü yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə şəhərində vətəndaşa məxsus evin həyətyanı sahəsində ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış ev əşyaları və dam örtüyü 15 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “Siyəzən” ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1933-cü il təvəllüdlü Evqeni Seldukun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və E.Seldukun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:58-də başa çatmışdır.