Geri

31 avqust 2015-ci il saat 16:20-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 11 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasıının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin eyvanında 1 kv.m sahədə şkaf yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan dülgər emalatxanasının dam örtüyünün taxta konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Emalatxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 30.08.2015-ci il tarixdə Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 22 km aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Yusubov Elnur İlham oğlu batmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər E.Yusubovun cəsədini batdığı yerdən 900 metr aralıdan taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:58-də başa çatmışdır.

Geri

31 avqust 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Gurzallar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 33 ha sahədə quru ot yanımışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki şəhərində ümumi sahəsi 15 kv.m olan sanitar qovşağın dam örtüyünün  taxta konstruksiyaları 5 kv.m sahədə və ətrafında 150 kv.m sahədə quru ot yanmışdır. Sanitar qovşağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2015-ci il saat 06:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bağ sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:54-də yağınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Qaracəmirli kəndində ümumi sahəsi 240 kv.m olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:06-da başa çatmışdır.

Geri

31 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 2500 kv.m sahədə quru ot və ağaclar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ürkməzli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.