Geri

31 avqust 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Qaracəmirli kəndində ümumi sahəsi 240 kv.m olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:06-da başa çatmışdır.

Geri

31 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 2500 kv.m sahədə quru ot və ağaclar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ürkməzli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.