Geri

31 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 2500 kv.m sahədə quru ot və ağaclar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ürkməzli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.