Geri

31 iyul 2015-ci il saat 21:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda  1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 20:50-də başa çatmışdır.

Geri

31 iyul 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Sadatlı kəndində (rayon mərkəzindən 24 km aralı) meşəlik ərazidə 1,5 ha quru ot, kol-kos və ağac kötükləri yanmışdır. Meşənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazidə) 1997-ci il təvəllüdlü  Şəfiyev Səbuhi Sənan oğlunun suda batması haqqında məlumat daxil olmuşdur. S.Səfiyevin cəsədi batdığı yerdən, “Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:41-də başa çatmışdır;

Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən 15 km aralı) kənd əhalisinə məxsus 250 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ferma və yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Pirvahid kəndində (rayon mərkəzindən 17 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi və 0,5 ha quru ot yanmışdır. Yaxınlıqdakı meşə yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

31 iyul 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Qax şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot tayası və ərazidə 500 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:55-də başa çatmışdır;

Masallı rayonu, Yeyənkənd kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:00-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və 1 otaqda ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:30-da başa çatmışdır;

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Hadisə zamanı ev sahibi tüstüdən zəhrələnmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m və həyətində 20 kv.m sahədə məişət tullantıları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır.

Geri

31 iyul 2015-ci il saat 13:55-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Əbilyataq kəndində (rayon mərkəzindən 31 km aralı) ümumi sahəsi 300 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 11:25-dək, ilkin məlumata əsasən:

Şəki rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 09:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 30.07.2015-ci il tarixində Mingeçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 1989-cu il təvəllüdlü,   Həsənov Elvin Elçin  oğlunun suda batması haqqında məlumat daxil olmuşdur. E.Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:15-də başa çatmışdır.

Geri

31 iyul 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 01:55-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 04:30-da başa çatmışdır.

Geri

31 iyul 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan avtomobil yuma sexinin içərisində 2 ədəd aparatı yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus “Mosqviç” markalı minik avtomobilin salonu, arxa yük hissəsi və avtomobilə qoşulmuş qoşqunun içərisinə yığılmış 500 kq. ot bağlaması yanmışdır. Avtomobilin qalan hissəsi və qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınmışdır. Əməliyyat saat 02:56-da başa çatmışdır.  

Geri

31 iyul 2015-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Əmirarx kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlamasının 6 tonu yanmışdır. Yanğından bir nəfər yanıq xəsarəti almış və 3 baş iribuynuzlu heyvan yanaraq tələf olmuşdur. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları və həyətyanı sahəyə yığılmış 50 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2015-ci il saat 02:15-dək, ilkin məlumata əsasən:

Xızı rayonunda (rayon mərkəzindən 60 km aralı dağlıq ərazi) dağlıq ərazidə  100 ha sahədə otlaq sahə və meşə zolağında 8 ha quru ot və qurumuş ağacların kötükləri yanmışdır. Yanğın  söndürülmüşdür, tüstülənən  kötüklərin  söndürülməsi davam edir. Yanğından meşə zolağının qalan hissəsi və yaxınlıqdakı yataqlar mühafizə olunmuşdur. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  ümümi sahəsi 56 kv.m olan bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus bağ sahəsində ümumi sahəsi 6 kv.m olan toyuq hininin yanar konstruksiyaları 2 kv.m sahədə, bağ sahəsinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Hinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Hacıəlibəy kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 3 kv.m sahədə taxta tullantıları və 1 ha sahədə quru ot, 50 ədəd meyvə ağacları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağ yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Məlikqasımlı kəndində (rayon mərkəzindən 46 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünü yanar konstruksiyaları 36 kv.m sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olnmuşdur. Yanğın saat 20:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Sutomurdov kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Cəfərxanlı kəndində (rayon mərkəzindən mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ərazidə 2 ha sahədə biçilmiş taxıl sahəsi və digər vətəndaşa məxsus ümumi sahəsi 4 ha olan üzüm bağında 2 ha sahədə üzüm tənəkləri yanmışdır. Üzüm bağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayon, Kirəvud kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Aşağı Ləyər kəndində (rayon mərkəzindən 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha sahədə kol-kos, ağaclar və biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Salatınlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin 2 ədəd pəncərə çərçivəsi və həyətyanı sahəyə yığılmış 18 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının və tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Qalaltı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaş hündürlüyü 20 metr olan dağdan sürüşərək dərəyə yuvarlanması nəticəsində bədən xəsarətləri almışdır. Yanğınsöndürən-xilasedicilər hadisə yerinə gələrək vətəndaşı dərədən çıxararaq adiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 22:10-da başa çatmışdır.