Geri

25 iyul 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Balakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin qamışdan ibarət tavanı yanmışdır. Yanğın zamanı   tövlədə olan 3 baş iribuynuzlu heyvan yanaraq tələf olmuş və 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda kommunal tipli ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus məxsus ümumi sahəsi 27 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 8 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almış və yanğınsöndürənlər tərəfindən xilas olunaraq təcili yardım xidmətinə təhvil verilmişdir. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2 nəfərin axtarışları başa çatmışdır. Vətəndaşların meyitləri dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:15-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açmış və mənzilə baxış keçirərkən orada insan faktoru aşkar  etməmişlər. Əməliyyat saat 01:36-da başa çatmışdır.