Geri

31 may 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Mil qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ərazidə 2 ha biçilməmiş taxıl sahəsi və 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 180 kv.m olan birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

Tərtər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində 7 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2015-ci il saat 19:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində məlum olmuşdur ki, vətəndaş çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:59-da başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 17:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtomobilinin arxa təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Əbdürrəhmanlı kəndində vətəndaşa məxsus 30 ha sahədə kol-kos və quru ot yanmışdır.  Taxıl zəmiləri və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Tanqıt kəndində (rayon mərkəzindən 24 km aralı) ümümi sahəsi 700 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 245 kv.m olan birmərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyalari 185 kv.m sahədə yanmışdır. Yanğın zamanı fermada olan 10 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuş, yanğından yaşayış binasının qalan hissəsi, digər bitişik tikililər və yaxınlıqda açıq sahəyə yığılmış ot bağlamaları mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:31-də başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

30.05.2015-ci il tarixində, Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralı) batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatmışdır. E.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:03-də başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirtmiş, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:19-da başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:30-da başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində yarimstansiyasının kabelləri 5 p.m və ətrafda olan məişət tullantıları 15 kv.m sahədə yanmışdır. Yarımstansiya yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Dədə Qorqud kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.