Geri

31 may 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirtmiş, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:19-da başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:30-da başa çatmışdır.

Geri

31 may 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində yarimstansiyasının kabelləri 5 p.m və ətrafda olan məişət tullantıları 15 kv.m sahədə yanmışdır. Yarımstansiya yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Dədə Qorqud kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.