Geri

30 aprel 2015-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə və içərsində olan əşyalar yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır.  Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2015-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:39-da başa çatmışdır.

Geri

30 aprel 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:32-də başa çatmışdır.

Geri

30 aprel 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Saipa” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:45-də başa çatmışdır.

Geri

30 aprel 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus ümumi sahəsi 20 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.S. Muradxanovun yanmış meyiti aşkar olunmuşdur. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2015-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan tövlənin taxta konstruksiyadan ibarət arakəsməsi, dam örtüyü 40 kv.m sahədə və içərisində yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2015-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:31-də başa çatmışdır.