Geri

30 aprel 2015-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan tövlənin taxta konstruksiyadan ibarət arakəsməsi, dam örtüyü 40 kv.m sahədə və içərisində yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2015-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:31-də başa çatmışdır.