Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:40-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:01-də başa çatmışdır.
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda avtomobildə yanğın olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyü 3 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti almışdır. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 06:30-da başa çatmışdır.
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanmışdır. Yanğından mənzillər mühafizə olunmuşdur. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
İmişli rayonu, 3 saylı qəsəbədə vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.