Geri

31 mart 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirtmiş, yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 19:19-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:30-da başa çatmışdır.

Geri

31 mart 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində vətandaşa məxsus ümumi sahəsi 130  kv.m olan birmərtəbəli kürsülü evin 2 otağının tavanı və dam örtüyü 63 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.  Yanğın saat 17:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Biləsuvar şəhərində vətandaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı köməkçi tikilidə olan sayı məlum olmayan cücələr tüstüdən tələf olmuşdur. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Tərtər rayonu, Zolgəran kəndində vətandaşa məxsus ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının döşəməsi 2 kv.m sahədə və divan yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətandaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 33 kv.m olan vaqon tipli dəmir konteynerin taxta konstruksiyadan ibarət üzlüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda çox mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunmuşdur. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2015-ci il saat 07:40-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 8 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 2 otağı 33 kv.m və eyvanın tavanı və çardağının yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi evə bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhfil verilmişdir. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndüülmüşdür.