Geri

30 mart 2015-ci il saat 17:50-dək, ilkin məlumata əsasən:

Beyləqan şəhərində vətəndaşa məxsus “OPEL” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2015-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 30 mart 2015-ci il tarixində Bakı vaxtı ilə saat 14:59-da və 15:22-də Pirqulu qəsəbəsinin inzibati mərkəzindən 13 km şimalda zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.
Geri

30 mart 2015-ci il saat 10:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qobustan rayonunda (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 kv.m sahədə yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Aşağı Tala kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin döşəməsi 1 kv.m sahədə və mebel 2 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2015-ci il saat 00:30-dək:

Şabran rayonu, Şabran şəhərində ümumi sahəsi 600 kv.m olan quşyetişdirmə sexinin içərisində taxta yonqarı 20 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsı 16 kv.m olan 1 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 1 kv.m sahəsı və 1 ədəd suqızdırıcısı yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.