Geri

30 noyabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:15-də başa çatmışdır.

Geri

30 noyabr 2015-ci il saat 12:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Yanğın nəticəsində, kafenin yanar konstruksiyaları və ona bitişik dülgər sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Geri

30 noyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 750 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.