Geri

29 noyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:40-da başa çatmışdır.

Geri

29 noyabr 2015-ci il saat 06:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq lövhəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2015-ci il saat 04:05-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Şərif kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.