Geri

29 noyabr 2015-ci il saat 06:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq lövhəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2015-ci il saat 04:05-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Şərif kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.