Geri

30 oktyabr 2015-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:59-da başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 22:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində pilləkan qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 19:15-dək, ilkin məlumata əsasən:

29.10.2015-ci il tarixindən Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolmuşdur. Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşmüşdür. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanmışdır. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirmiş, həmçinin köməyə ehtiyacı olan insanlar  təhlükəsiz əraziyə köçürülmüşdür. Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

30 oktyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:58-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyani sahələrini və yolları su basıb. Hal-hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək.

Geri

30 oktyabr 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonuda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:40-da başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonuda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 10:20-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 14:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:20-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunmuşdur. Mənzilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Mirzəbəyli kəndində avtomobil yoluna  ağac aşmış və nəticədə yolda nəqliyyatın hərəkəti dayanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən yola aşan ağac kəsilərək yoldan kənarlaşdırılmış və nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Əməliyyat saat 19:50-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 08:55-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Dörd yol-1 qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin tavanı 16 kv.m sahədə və tikilidə olan təndirxananın içərisinə yığılmış odun parçaları yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 02:50-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Qaçaq Kərəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus talvarın altına yığılmış 35 ton ot tayasının 7 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.