Geri

30 oktyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonuda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 10:20-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 14:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:20-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunmuşdur. Mənzilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Mirzəbəyli kəndində avtomobil yoluna  ağac aşmış və nəticədə yolda nəqliyyatın hərəkəti dayanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən yola aşan ağac kəsilərək yoldan kənarlaşdırılmış və nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Əməliyyat saat 19:50-də başa çatmışdır.

Geri

30 oktyabr 2015-ci il saat 08:55-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Dörd yol-1 qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin tavanı 16 kv.m sahədə və tikilidə olan təndirxananın içərisinə yığılmış odun parçaları yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 02:50-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Qaçaq Kərəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2015-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus talvarın altına yığılmış 35 ton ot tayasının 7 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.