Geri

31 yanvar 2015-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dörtmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına nərdivan vasitəsilə qalaxaraq içəri daxil olmuşlar. Xilasedicilər mənzilə baxış keçirərkən halsız vəziyyətdə aşkarlamış vətəndaşı Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilmişlər. Əməliyyat saat 18:22-də başa çatmışdır.

Geri

31 yanvar 2015-ci il saat 18:45-dək:

Tovuz rayonu, İbrahimhacılı kəndində vətandaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının, mətbəxinin yanar konstruksiyaları 104 kv.m sahədə, 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 104 kv.m sahədə və dam örtüyü 25 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan bitişik ümumi sahəsi 250 kv.m olan talvarın lambirdən ibarət tavanı ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Köbər Zəyzid kəndində (rayon mərkəzindən 15 km aralı) vətandaşa məxsus ümumi sahəsi 160 kv.m olan 3 otaq və aynabənddən ibarət evin yanar konsturksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2015-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər balkonda sıxılmış vəziyyətdə qalan pişiyini xilas etmək isdəyərkən köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin balkonuna nərdivan vasitəsilə qalxaraq vətəandaşın xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 16:06-da başa çatmışdır.

Geri

31 yanvar 2015-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Ərəblər kəndində (rayon mərkəzindən 8 km aralı) “Niva” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış “Niva” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilmişlər. Əməliyyat saat 13:40-da başa çatmışdır;

Geri

31 yanvar 2015-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər yıxılmış vəziyyətdə olan ağır çəkili vətəndaşa müvafiq köməklik gösdərmiş və mənzildə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:51-də başa çatmışdır;

Kürdəmir şəhərində vətandaşa məxsus ümumi sahəsi 290 kv.m olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində 1 otağın tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Təngərüd kəndində (rayon mərkəzindən 18 km aralı) vətandaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaq və aynabənddən ibarət evin tüstü bacasının ətrafı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2015-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda “Shacman” və “Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış “Shacman” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil vermişlər. Əməliyyat saat 12:32-də başa çatmışdır.

Geri

31 yanvar 2015-ci il saat 10:15-dək:

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 2530 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağnın tavanı və giriş-çıxış kabelləri 10 p.m yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2015-ci il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:55-də başa çatmışdır.

Geri

31 yanvar 2015-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:21-də başa çatmışdır.