Geri

31 yanvar 2015-ci il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:55-də başa çatmışdır.

Geri

31 yanvar 2015-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:21-də başa çatmışdır.