Geri

29 sentyabr 2014 cü il saat 17:45-dək:

Göyçay rayonu Göyçay Süd Açıq Səhmdar Cəmiyyətinin ərazisində ümumi sahəsi 161 kv.m olan talvarın altına yıgılmış çəkisi 3 ton olan kagız etiketlərin 200 kq-ı və dəzgah altı taxtalar 10 kv.m sahədə yanmışdır. Talvar və etiketlərin qalan hissəsi yangından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyalalrı və əşyaları 8 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

Geri

29 sentyabr 2014 cü il saat 21:30-dək:

Cəlilabad rayonu, Həsənabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və damıına yığılmış 11 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağalamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları 45 kv.m sahədə və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2014 cü il saat 21:20-dək:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 Sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 20:35-də Qəbələ rayonundan 18 km şimal-şərqə, zəlzələ qeydə alınmışdır. Episentrdəki zəlzələ 4 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3 baldan artıq hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmamışdır.

Geri

29 sentyabr 2014 cü il saat 16:00-dək:

Qobustan rayonu ərazisində yerləşən Aqrotexniki servis Açıq Səhmdar Cəmiyyətinnin ərazisinə yığılmış  yol-nəqliyyat qəzası zamanı yararsız vəziyyətə düşmüş 2 ədəd "VAZ" markalı, 2 ədəd "QAZ" markalı, 1 ədəd "Moskviç" markalı minik avtomobillərinin yanar hissələri və 1 kv.m sahədə quru ot yanmışdır. Digər avtomobillər və yaxınlıqdakı anbar yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 sentyabr 2014 cü il saat 15:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan avtomobil təmir sexinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, "Mitsubusi" markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sənişini və "Mercedes" markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 13:45-də başa çatmışdır.
Geri

29 sentyabr 2014 cü il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında qalmışlar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Xilasedicilər tərəfindən mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:17-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1936-cı il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər tərəfindən vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.  Əməliyyat saat 13:30-da başa çatmışdır.

Geri

29 sentyabr 2014 cü il saat 08:30-dək:

Biləsuvar rayonuunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonuunda vətəndaşa məxsus üçmərtəbəli şadlıq evinin 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd plafon yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 0,5 kv.m sahədə qarsalanmışdır. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2014 cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonu, ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır. Əlavə məlumat veriləcək;

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 Sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 06:38-də Qəbələ rayonundan 22 km şimal-şərqə, zəlzələ qeydə alınmışdır. Episentrdəki zəlzələ 6 bal olmuşdur. Qəbələdə 5 bal və Respublikanin əksər rayonlarinda 4-3 bal gücündə hiss olunmuşdur. Tələfat barədə məlumat daxil olmamışdır.