Geri

30 avqust 2014-cü il saat 23:15-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinə daxil olmuş məlumata əsasən, Göyçay şəhərində beşmərtəbəli yaşayış binası ilə mağazanın divarının arasında 1 iribuynuzlu heyvan qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və müxtəlif avadnlıqlardan istifadə etməklə sıxılmış vəziyyətdə qalmış inəyi xilas edərək sahibinə təhfil vermişlər.  Əməliyyat saat 21:51-də başa çatmışdır.

Geri

30 avqust 2014-cü il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Pirallahı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olmuşlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 21:19-də başa çatmışdır.
Geri

30 avqust 2014-cü il saat 22:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisinə yığılmış köhnə ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 18:15-dək:

Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Qaz" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1,2 ton ot bağlaması yanmışdır. Qoşqu və qoşquya yığılmış 4,2 ton ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 15:15-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan (hər mərtəbəsi 100 kv.m) 3 mərtəbəli fərdi evin 2-ci mərtəbəsinin bir otağında 3 kv.m sahədə döşəmə, televizor və kondisioner yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 13:45-dək:

Masallı rayonunda (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 28 kv.m olan talvarın yanar konstruksiyaları 15 kv.m sahədə və altına yığılmış 1 ton ot bağlamasının 500 kq-ı yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı şəhərində ümumi sahəsi 80 kv.m olan anbarının dam örtüyü 30 kv.m sahədə və içərisinə yığılmış köhnə inventarlar yanmışdır.  Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 09:30-dək:

Abşeron rayonu, Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan mağazanın dam örtüyü 5 kv.m sahədə, mağazanın içərisində olan 2 ədəd soyuducu və 1 ədəd televizor yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sadatlı kəndində (rayon mərkəzindən 24 km aralı) meşə ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və ağaclar yanmışdır. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 08:15-dək:

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 20 kv.m olan köşkün taxta üzlüyü və əraziyə yığılmış məişət tullantıları 20 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2014-cü il saat 06:00-dək:

Ağcabədi şəhərində vətəndaşa məxsus taxta sexinin ərazisində ümumi sahəsi 27 kv.m olan köməkçi tikilinin taxta üzlüyü yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Otuziki kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Xalac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Ləki qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qarağan Sədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 4 ton ot bağlaması və "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.