Geri

31 iyul 2014-cü il saat 23:00-dək:

Ağsu rayonu, Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) 60 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Niləşə kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 23 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Əsədli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2014-cü il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Durca kəndində 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxmış və köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə vətəndaşı oradan endirmiş və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 20:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (“Corat” sularda xilasetmə məntəqsindən 2500 metr sağa, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:20-də başa çatmışdır.

Geri

31 iyul 2014-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dəmir asma körpünün üstünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər hadisə yerində toplaşan vətəndaşların ərazidən uzaqlaşdırılmasını və təhlükəsizlik çadırının çəkilməsini təmin etmişlər. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış, təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə xilasedicilər tərəfindən körpünün dəmir konstruksiyasından aşağı endirilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 16:42-da başa çatmışdır.

Geri

31 iyul 2014-cü il saat 15:30-dək:

Qəbələ rayonu, Vəndam kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin banının taxta üzlüyü 2 kv.m sahədə və banına yığılmış 800 kiloqram ot bağlamasının 40 kiloqramı yanmışdır. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində (rayon mərkəzindən 16 km aralı) "Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü Asif Yusif oğlu İbrahimovun cəsədi sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarmış və aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 13:35-də başa çatmışdır.

Geri

31 iyul 2014-cü il saat 07:00-dək:

Cəlilabad rayonu, Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində 2 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan şəhərində ümumi sahəsi 325 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanmışdır. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2014-cü il saat 03:00-dək:

Qəbələ rayonu, Daşlıca kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 39 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin 6 kv.m sahədə çardağının yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi və evə bitişik tövlə,talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.