Geri

30 iyun 2014-cü il saat 20:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 5 kv.m sahədə və 1 ədəd döşək yanmışdır. Evin qalan hisssəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2014-cü il saat 18:15-dək:

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 315 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və tövlənin içərisinə yığılmış 11 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2014-cü il saat 14:15-dək:

Naftalan şəhərində servisə məxsus ümumi sahəsi 25 kv.m olan qazanxananın lambirdən ibarət tavanı 16 kv.m sahədə yanmışdır. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2014-cü il saat 11:00-dək:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonunundan 14 km Cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 6,0 bal olmuşdur. Yeraltı təkanlar zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 6,0 bala qədər hiss olunmuşdur;

28 iyun 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1998-ci il təvəllüdlü Elnar Elşən oğlu Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 120 km məsafədə, nəzarət olunmayan ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. E.Məmmədovun axtarışları başa çatmış və onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1500 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:43-də başa çatmışdır.

Geri

30 iyun 2014-cü il saat 08:15-dək:

Xaçmaz rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 15 ton ot bağlamasının 400 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Kovər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2014-cü il saat 03:15-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruyksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2014-cü il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldıraraq qapısını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:23-də başa çatmışdır.