Geri

29 iyun 2014-cü il saat 21:00-dək:

Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postundan, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Türkan” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:35-də başa çatmışdır.

Geri

29 iyun 2014-cü il saat 19:45-dək:

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 18:00-dək:

Qəbələ rayonu, Kürd kəndində (rayon mərkəzindən 29 km aralı) transformatorun çıxış naqilləri 0,5 p.m və ətrafında 0,4 ha kol-kos yanmışdır. Transformator və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 700 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təklə kəndində 6 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 08:30-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan köməkçi tikilinin tavanı 2 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabuncu rayonunda vətəndaşa məxsus "Daf" markalı sərnişin avtobusunun 1 ədəd qabaq təkəri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 02:00-dək:

Hacıqabul rayonu, Muğan dəmir yol stansiyasında Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus 8 vaqondan ibarət dayanmış qatarın 1 vaqonunun (fəhlələlərin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Qatarın qalan vaqonları yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 7-ci klometrliyində vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.