Geri

30 aprel 2014-cü il saat 13:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən şəhərində vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2014-cü il saat 09:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və "Beko" markalı kondisioner yanmışdır. Digər otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2014-cü il saat 08:30-dək:

Şabran rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.