Geri

29 aprel 2014-cü il saat 22:30-dək:

Sumqayıt şəhərində sahibi məlum olmayan ümumi sahəsi 12 kv.m olan plastik konstruksiyadan ibarət köşkün tavanı 4 kv.m sahədə və içərisində 1 ədəd soyuducu yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 aprel 2014-cü il saat 19:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexinin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanmış, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olmuşdur. Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 aprel 2014-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1963-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada insan faktoru aşkar edilməmişdir.Əməliyyat saat 15:45-də başa çatmışdır.

Geri

29 aprel 2014-cü il saat 16:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus kafenin ərazisində olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqda olan kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 aprel 2014-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşmüş və vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:12-də başa çatmışdır.

Geri

29 aprel 2014-cü il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərədən keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən huşsuz  vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.  Əməliyyat saat 08:45-də başa çatmışdır.

Geri

29 aprel 2014-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobili idarəetməni itirərək qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 01:35-də başa çatmışdır.