Geri

28 fevral 2014-cü il saat 14:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 21 kv.m sahədə yanmışdır. Yanğın zamanı dördüncü mərtəbədəki  mənzildən 3-ü azyaşlı olmaqla 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmiş və binadan 20 nəfər sakin təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2014-cü il saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2014-cü il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanmışdır. Yaxınlıqdakı "Hyundai" markalı minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2014-cü il saat 02:30-dək:

Qobustan rayonu, Cəmcəmilli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanmışdır. Mağazaya bitişik kitabxana və mədəniyyət evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.