Geri

27 fevral 2014-cü il saat 22:05-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 fevral 2014-cü il saat 18:00-dək:

Şəmkir rayonu, Sabirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 1 ha olan istixananın ərazisində çəkisi 2 ton mazutla dolu çənin içərisində qismən mazut və 50 kv.m sahədə polietilen örtük yanmışdır. Mazutun və istixananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 fevral 2014-cü il saat 11:45-dək:

Saatlı rayonu, Yeni Novruzlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 27 fevral 2014-cü il tarixində saat 10:30-da Lerik rayonundan 19 km şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 3,3 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.

Geri

27 fevral 2014-cü il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 27 fevral 2014-cü il tarixində saat 10:05-də Lerik rayonundan 18 km şimal-şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 - 4,0 bala qədər hiss olunmuşdur.

Geri

27 fevral 2014-cü il saat 08:40-dək:

Salyan rayonu, Kür Qaraqaşlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisinə səpilmiş saman və köhnə istifadəsiz əşyalar 7 kv.m sahədə yanmış və sayı məlum olmayan ev quşu tələf olmuşdur. Qaraj və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2014-cü il saat 08:00-dək:

Qusar rayonu, Atlıxan kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2014-cü il saat 03:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda “Mercedes” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:33-də başa çatmışdır;

Geri

27 fevral 2014-cü il saat 00:15-dək:

Xızı şəhərində inzibati binada ümumi sahəsi 140 kv.m olan nasosxananın içərisində yerləşən 2 otaq və dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Nasosxananın və evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.