Geri

27 fevral 2014-cü il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 27 fevral 2014-cü il tarixində saat 10:05-də Lerik rayonundan 18 km şimal-şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 - 4,0 bala qədər hiss olunmuşdur.

Geri

27 fevral 2014-cü il saat 08:40-dək:

Salyan rayonu, Kür Qaraqaşlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisinə səpilmiş saman və köhnə istifadəsiz əşyalar 7 kv.m sahədə yanmış və sayı məlum olmayan ev quşu tələf olmuşdur. Qaraj və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2014-cü il saat 08:00-dək:

Qusar rayonu, Atlıxan kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2014-cü il saat 03:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda “Mercedes” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:33-də başa çatmışdır;

Geri

27 fevral 2014-cü il saat 00:15-dək:

Xızı şəhərində inzibati binada ümumi sahəsi 140 kv.m olan nasosxananın içərisində yerləşən 2 otaq və dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Nasosxananın və evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.