Geri

31 dekabr 2014-cü il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:35-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1953-cü il təvəllüdlü Tixtov Rais Omaroviç bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. R.Omaroviçin cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:37-də başa çatmışdır.

Geri

31 dekabr 2014-cü il saat 16:30-dək:

Samux rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mağazanın içərisində olan hər biri 20 litr olan 14 ədəd boş yanacaq çəlləkləri və həcmi 200 litr olan yağ çəlləyi təhlükəsiz əraziyə çıxarılmışdır. Mağazanın qalan hissəsi və bitişik ümumi sahəsi 36 kv.m olan tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2014-cü il saat 13:30-dək:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə məişət tullantıları yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Boşçalılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan köməkçi tikilinin tavanı 40 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və əşyaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2014-cü il saat 07:15-dək:

Zərdab rayonu, Şahhüseynli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Köməkçi tikilinin, ot bağlamasının qalan hissələri və tikiliyə bitişik ümumi sahəsi 240 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.