Geri

31 dekabr 2014-cü il saat 13:30-dək:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə məişət tullantıları yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Boşçalılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan köməkçi tikilinin tavanı 40 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və əşyaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2014-cü il saat 07:15-dək:

Zərdab rayonu, Şahhüseynli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Köməkçi tikilinin, ot bağlamasının qalan hissələri və tikiliyə bitişik ümumi sahəsi 240 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.