Geri

30 dekabr 2014-cü il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli binanın şaxtasından keçən kabel 2 p.m yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 6 kv.m olan köşkün taxta üzlüyü və içərisində 1 ədəd çarpayı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:38-də başa çatmışdır.

Geri

30 dekabr 2014-cü il saat 17:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qaradırnaq kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2014-cü il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində iki nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlıları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:15-də başa çatmışdır.

Geri

30 dekabr 2014-cü il saat 12:45-dək, ilkin məlumata əsasən:

Lerik rayonu, Cəngəmiran kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərriki və salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2014-cü il saat 08:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətandaşa məxsus ümumi sahəsi 600 kv.m olan birmərtəbəli kafenin bir otağının yanar konstruksiyaları içərisindəki əsyaları ilə 25 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Quba şəhərində vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli, 4 otaq və aynabənddən ibarət olan evin 2-ci mərtəbəsində 1 otağın tavan hissəsi və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2014-cü il saat 01:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Mirzəxan kəndində vətandaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 3 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi yangından mühafizə olunmuşdur. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Zaqatala rayonu, Car kəndində vətandaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin qapısı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Balakən rayonu, Katex kəndində vətandaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 56 kv.m sahədə və damına yığılmış 4 ton ot  bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.