Geri

30 noyabr 2014-cü il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Ələt-Astara magistral avtomobil yolunun 49-cu kilometrliyi, Salyan rayonu ərazisindən keçən hissəsində “Toyota” və “Vaz” markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1968-ci il təvəllüdlü Ağayev İman Haqverdi oğlunun cəsədi, Muğan Regional Mərkəzin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:25-də başa çatmışdır.

Geri

30 noyabr 2014-cü il saat 22:00-dək:

Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 20:40-da söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nizami rayonunda şübhəli əşyanın olması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş nazirliyin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən keçirilən əməliyyat-axtarış zamanı təhlükəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 16:56-da başa çatmışdır.

Geri

30 noyabr 2014-cü il saat 16:45-dək:

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 14:10-da söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 12:45-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan digər otaqda 1 ədəd kondisioner ərimişdir. Evin qalan hissəsi və bitişik qonşu evi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 11:19-da söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 09:15-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otagının yanar konstruksiyaları 51 kv.m sahədə yanmış və yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 14 kv.m sahədə ərimişdir. Evin qalan hisəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır.  Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 03:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda transformatorun çıxış kabeli 1 p.m və 6 ədəd qoruyucu açar  yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Gövhərli kəndində (rayon mərkəzindən 15 km) vətəndaşa məxsus 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissə və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:31-də başa çatmışdır.