Geri

30 noyabr 2014-cü il saat 03:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda transformatorun çıxış kabeli 1 p.m və 6 ədəd qoruyucu açar  yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Gövhərli kəndində (rayon mərkəzindən 15 km) vətəndaşa məxsus 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissə və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:31-də başa çatmışdır.