Geri

29 noyabr 2014-cü il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9-cu mərtəbədə dayanmış lifti 7-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:55-də başa çatmışdır.

Geri

29 noyabr 2014-cü il saat 18:15-dək:

Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, 25 noyabr 2014-cü il tarixində leysan xarakterli yağışlar nəticəsində Lənkəran şəhərində 1 nəfər vətəndaşın fərdi yaşayış evi və həyətyanı sahəsi su ilə dolmuşdur. Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən su nasosları vasitəsilə ev və həyətyanı sahə yağış sularından təmizlənmişdir. Əməliyyat saat 16:35-də başa çatmışdır.

Geri

29 noyabr 2014-cü il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndində su quyusuna at düşməsi barədə məlumat daxil olmuşdur. Yanğınsöndürən-xilasedicilər atı su quyusundan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:40-da başa çatmışdır.

Geri

29 noyabr 2014-cü il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu “Daewoo” və "Land Rover" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.Xilasedicilər sıxılmış  vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:50-də başa çatmışdır;

Hacıqabul şəhərində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Əməliyyat şəraiti qiymətləndirilərkən  məlum olmuşdur ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:35-də başa çatmışdır.