Geri

31 oktyabr 2014-cü il saat 22:45-dək

Lənkəran rayonu, Osaküçə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları, 1 otaq və aynabənd 64 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2014-cü il saat 17:50-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər qalmışdır. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzildə halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:45-də başa çatmışdır.

Geri

31 oktyabr 2014-cü il saat 16:00-dək

Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2014-cü il saat 15:15-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:25-də başa çatmışdır.

Geri

31 oktyabr 2014-cü il saat 13:45-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan,  fəaliyyət göstərməyən kafe və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 oktyabr 2014-cü il saat 13:30-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Hadisə yerində məlum olmuşdur ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış, təhlükəsizlik əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:50-də başa çatmışdır.

Geri

31 oktyabr 2014-cü il saat 10:00-dək:

Goranboy şəhərində ümumi sahəsi 550 kv.m olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində sahəsi 30 kv.m olan mətbəxin mebeli 10 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 oktyabr 2014-cü il saat 08:30-dək:

Göygöl rayonu, Topalhəsənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.