Geri

30 oktyabr 2014-cü il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “İVECO” markalı sərnişin avtobusu yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük avtomobili ilə toqquşmuşdur. Nəticədə, avtobusun sürücüsü xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış və  aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:25-də başa çatmışdır.

Geri

30 oktyabr 2014-cü il saat 20:30-dək:

Ağcəbədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı  evin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə otağın divarlarında çatlar əmələ gəlmiş və pəncərə şüşələri sınmışdır. Partlayış zamanı 3 nəfər xəsarət almış və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon  mərkəzi xəstəxanasına aparılmışdır. Yanğın hadisəsi baş verməmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

30 oktyabr 2014-cü il saat 18:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 9-cu mərtəbəsinə kimi penoplastdan ibarət divar üzlüyü  8 kv.m  sahədə yanmışdır.  Binanın divar üzlüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus "CHEVROLET" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2014-cü il saat 18:00-dək:

Bakı şəhəri, Sabunçu rayonuda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binansının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m  sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyalari və ev əşyalari yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2014-cü il saat 14:30-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanmşdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:30-da başa çatmışdır.

Geri

30 oktyabr 2014-cü il saat 08:15-dək:

Şəmkir şəhərində, vətəndaşa məxsus ümumu sahəsi 80 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları 35 kv.m sahədə  yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.